CƏMİYYƏT


Sənaye və məişət tullantılarının yandırılması faktına görə Zirə qəsəbə sakininə inzibati cərimə tətbiq edilib

Bakı, 12 sentyabr, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələri ilə birgə Binə qəsəbəsi ərazisində keçirdikləri reyd zamanı sənaye və məişət tullantılarının yandırılması faktı aşkarlanıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İnzibati Xətalar Məcəlləsinin 234-cü (Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması) maddəsinin tələblərini pozduğuna görə Zirə qəsəbə sakini N.Salmanov barəsində protokol tərtib olunub və o, 600 manat məbləğində inzibati qaydada cərimələnib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.