İQTİSADİYYAT


Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib

Bakı, 11 avqust, AZƏRTAC

İndiyədək sənaye zonalarında 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan 60-ı artıq fəaliyyətə başlayıb.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) AZƏRTAC-a bildirilib ki, sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 min 100-dən çox daimi iş yeri yaradılıb.

Sənaye zonaları ölkənin qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Belə ki, 2022-ci ilin I yarısında 1,3 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında 33,1 faiz (543,9 milyon manat) olub.

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.