İQTİSADİYYAT


Sәnayedә qeyri-dövlәt sektorunun payı 78,7 faiz olub

Bakı, 16 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında sәnaye müәssisәlәri vә bu sahәdә fәaliyyәt göstәrәn fәrdi sahibkarlar tәrәfindәn istehsal olunmuş malların vә göstәrilmiş xidmәtlәrin hәcmi 4,5 faiz azalaraq 27,8 milyard manat tәşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu azalma neft-qaz sektorunda mәhsul istehsalının 6,1 faiz azalması hesabına baş verib, sәnayenin qeyri neft-qaz sektorunda isә mәhsul istehsalı 10,8 faiz artıb. Sәnaye mәhsulunun 60,1 faizi mәdәnçıxarma, 33,8 faizi emal, 5,2 faizi elektrik enerjisi, qaz vә buxar istehsalı, bölüşdürülmәsi vә tәchizatı, 0,9 faizi isә su tәchizatı, tullantıların tәmizlәnmәsi vә emalı sektorlarında istehsal edilib. Sәnayedә qeyri-dövlәt sektorunun payı 78,7 faiz olub. Ümumi istehsalın 86,6 faizi sәnaye mәhsullarının istehsalı, 13,4 faizi isә sәnaye xarakterli xidmәtlәrin göstәrilmәsi hesabına yaradılıb.

Bu ilin yanvar-sentyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilә müqayisәdә aralıq istehlak mәhsullarının istehsalı 27,8 faiz artıb, uzunmüddәtli istifadәdә olan istehlak mallarının istehsalı 24,4 faiz, istehsal vasitәlәrinin istehsalı 6,9 faiz, enerji mәhsullarının istehsalı isә 5,6 faiz, qısamüddәtli istifadәdә olan malların istehsalı 1,5 faiz azalıb. İstehsal edilmiş mәhsulun böyük hissәsi istehlakçılara göndәrilib, әvvәlki dövrlәrdә yaranmış ehtiyatlar da nәzәrә alınmaqla sәnaye müәssisәlәrinin anbarlarında oktyabrın 1-nə 581,3 milyon manatlıq hazır mәhsul olub.

Ehtiyatların 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 41,2 faizi Bakı, 16,4 faizi Sumqayıt, 7,9 faizi Gәncә, 6,7 faizi Şirvan şәhәrlәrinin, qalan hissәsi isә digәr şәhәr vә rayonların sәnaye müәssisәlәrinin anbarlarında qalıb. Sәnaye müәssisәlәrinin anbarlarında başqa müәssisәlәrdәn alınmış vә satış üçün nәzәrdә tutulmuş 99,3 milyon manat mәblәğindә digәr mәhsullar da mövcud olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.