Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Sənayeləşmə iqtisadi inkişafın yeni mərhələsidir

Bakı, 31 yanvar (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsi rəğbətlə qarşılanmış, xüsusən alim və mütəxəssislərin marağına səbəb olmuşdur. Onların fikrincə, bu Sərəncam qeyri-neft sektorunun mühüm qolu olan sənayenin inkişafına təkan verəcək, əsaslı keyfiyyət dəyişikliklərinə gətirib çıxaracaqdır.

Altmış ildən artıqdır ki, elm və texnikanın müxtəlif sahələri üçün kadrlar hazırlayan, böyük ənənələrə və təcrübəyə malik bir elm ocağının – Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Havar Məmmədov AZƏRTAC-a bildirmişdir ki, müasir iqtisadi sistemlərin evolyusiyasında başlıca ənənə xammal və postindustrial iqtisadiyyat paradiqmindən “Elm əsasında qurulmuş iqtisadiyyat” paradiqminə keçiddir. Respublika iqtisadiyyatında son onillikdə nail olunmuş makroiqtisadi sabitlik, dinamik iqtisadi artım, yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yüksəldilməsində qazanılmış uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafının prioritet istiqamətləri üzrə həyata keçirdiyi sistemli və ardıcıl fəaliyyətin nəticələridir. Dövlətimizin başçısının 2014-cü ili “Sənaye ili” elan etməsi kеyfiyyətсə yеni mərhələdə Azərbayсanın müasir dövlətə çеvrilməsi, müstəqil siyasət yürütməsi, ən əsası isə inkişaf еtmiş ölkələr səviyyəsinə yüksəlməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi davamıdır.

Sərəncamda sənayeləşmənin reallaşdırılması üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müvafiq tədbirlər planının hazırlanması üçün əsas tezislər öz əksini tapmışdır. Bunlar hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması və regionlarda sənaye potensialının gücləndirilməsindən ibarətdir.

Professor qeyd etmişdir ki, sənayeləşmə ənənəvi inkişaf mərhələsindən iqtisadiyyatda sənaye istehsalının xüsusi çəkisinin aparıcı rolu ilə səciyyələnən sənayeləşmə mərhələsinə sürətli sosial-iqtisadi keçid prosesidir. Bu proses xüsusilə metallurgiya, maşınqayırma, cihazqayırma, energetika kimi sənaye sahələrində yeni texnologiyaların inkişafı ilə əlaqədardır. Sənayeləşmə prosesi investisiyaları və iqtisadi inkişafı stimullaşdıraraq cəmiyyətin dünyaya baxışını dəyişdirir. Bunu dünyada sənaye inqilabının baş verdiyi ilk ölkə olan İngiltərənin timsalında aydın görmək olar. Sənayeləşmənin ən yüksək tempi XX əsrin sonlarında “Dörd Asiya pələngi” kimi məşhur olan Cənubi Koreya, Sinqapur, Honkonq və Tayvanda müşahidə olunmuşdur. Sabit hakimiyyət, gömrük tariflərinin aşağı salınma siyasəti, strukturlaşmış sosium, ucuz əmək resursları və həmçinin əlverişli coğrafi vəziyyət və xarici investisiyalar sənayeləşmənin müvəffəqiyyətlə həyata keçirilməsinin vacib şərtləridir.

Ölkəmizin zəngin sənaye ənənələrinə malik olduğunu vurğulayan professor H.Məmmədov demişdir ki, dünyada sənaye üsulu ilə ilk neft Azərbaycanda çıxarılıb. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizi Azərbaycanda hasil edilirdi. 1949-cu ildə sahildən 100 kilometr məsafədə yerləşən Neft Daşlarında dünya təcrübəsində ilk dəfə açıq dənizdə neft hasil olundu. Bununla əlaqədar neft emalı, neft-kimya sənayesi və neft maşınqayırmasının inkişafında böyük yüksəliş baş verdi.

Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə neft maşınqayırma kompleksi, dərin özüllər, məişət kondisionerləri, elektron hesablama maşınları zavodları istifadəyə verilmişdi. Sənaye sahələrinin şaxələnməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnika və elektronika, cihazqayırma, yol-inşaat maşınları və digər sahələr inkişaf etdirilmişdi. Regionların sənaye potensialının yüksəldilməsi kimi uzaqgörən siyasət həyata keçirilərək Gəncə, Sumqayıt, Daşkəsən, Şirvan, Ağdam, Xaçmaz və digər şəhərlərdə sənaye kompleksləri yaradılmışdı.

1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyası və doktrinası irəli sürülərək 14 ölkənin 30 iri neft şirkəti ilə ümumi dəyəri 60 milyard dollara yaxın olan 21 beynəlxalq saziş imzalandı. Məhz bu dövrdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində müstəqil Azərbaycan iqtisadiyyatının dinamik inkişafının əsasları qoyuldu, müasir infrastrukturu formalaşmağa başladı.

Azərbaycanın neft maşınqayırma kompleksi vaxtilə Sovet İttifaqında neft və qazın hasilatı, quyuların cari və əsaslı təmiri avadanlıqlarının 70 faizini istehsal edirdi. Bu avadanlıqlar dünyanın 35 ölkəsinə ixrac olunurdu. Bu gün isə “Azneftkimyamaş” ASC 18 Törəmə Səhmdar Cəmiyyətindən, o cümlədən də 90 addan artıq və 600 növdən çox nomenklaturada neft və qeyri-neft avadanlıqları istehsal edən 14 zavoddan ibarətdir. Özündə, həmçinin elmi-tədqiqat, təcrübə-sınaq və layihə-texnoloji fəaliyyətlə məşğul olan 500-dən çox alimin, mühəndis-texniki işçilərin çalışdığı 4 elmi-tədqiqat və layihə institutunu birləşdirir. ASC-nin müəssisələrində istehsal edilən bir çox məmulatlar üzrə Amerika Neft İnstitutunun monoqramları alınmışdır.

Son 10 il ərzində bir çox iri sənaye müəssisələri – Gəmiqayırma zavodu, Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan avtomobil zavodu, bərk məişət tullantılarının yandırılması zavodu, Qaradağ metal konstruksiyalar zavodu, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqlar zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, “Azbentonit” müəssisəsi, Qəbələ piano, “M-Line”, AZMDF, EMBAWOOD mebel fabrikləri və digər müəssisələr istifadəyə verilmişdir. Gəmiqayırma zavodunun və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə olmaqla yanaşı, müasir texnologiyaların cəlb edilməsinə, idxaldan asılılığın azalmasına, qeyri-neft sənayesi sahələrinin inkişafına ciddi təkan verəcəkdir.

Sənayenin inkişafında mühüm məqamlardan birinin də ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılması olduğunu söyləyən H.Məmmədov bildirmişdir ki, ötən illər ərzində Azərbaycanda 7 aeroport tikilmiş və yenidən qurulmuş, 10 min kilometrə yaxın avtomobil yolu inşa olunmuşdur. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri dəniz limanının inşası layihələri xüsusi əhəmiyyət kəsb edir. Dünyanın ən iri enerji layihələrindən olan “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılması uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının, xüsusilə sənayenin inkişafına öz töhfəsini verəcəkdir.

Yeni neft-kimya kompleksinin yaradılması sahəsində də geniş proqram hazırlanmışdır. Məqsəd həmin sahəni elm və texnikanın son nailiyyətləri əsasında, habelə müasir texnologiyalar tətbiq etməklə daha da inkişaf etdirməkdir. Bu və digər məsələlər planauyğun aparılır, nəzərdə tutulan layihələr ardıcıl həyata keçirilir.

Ötən dövrdə Azərbaycan kosmik sənayeyə malik ölkələr klubuna üzv olmuşdur. İndi Azərbaycanın öz peyki vardır və bu, tarixi nailiyyətdir.

Həmçinin ölkəmizdə ilk dəfə olaraq müdafiə, kosmik və alternativ enerji sənaye sahələri yaradılmışdır. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi müəssisələrinin elm tutumlu texnologiyalar əsasında inkişafı dövlətin yüksək prioritetlərindən biridir və müdafiə-sənayesi kompleksi qarşısında qoyulmuş məsələlərin reallaşdırılmasında səmərəli iştirak edə bilən yüksək ixtisaslı mütəxəssislərin yeni nəslinin hazırlanmasını tələb edir. Müdafiə sənayesi kompleksinin inkişaf səviyyəsi ölkənin milli təhlükəsizliyinin qarantı olmaqla bərabər iqtisadiyyatın maşınqayırma, cihazqayırma, nəqliyyat, rabitə, yanacaq-enerji kompleksi kimi vacib sahələrində də elmi-texniki tərəqqinin səviyyəsini müəyyənləşdirir.

Nazirliyin müəssisələrində hazırda 750 adda məhsul istehsal edilir. Bu nomenklaturanın 85 faizini müdafiə və xüsusi təyinatlı, 15 faizini isə mülki təyinatlı məhsullar təşkil edir.

Hazırda həmin məhsulların ixracı istiqamətində təşkilatı işlər görülür. İxrac etdiyimiz məhsulları alan dövlətlər arasında əsas yeri Türkiyə, İordaniya və digər ölkələr tutur.

Eyni zamanda, bu il Azərbaycanda “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcəkdir. Artıq 21 ölkədən 100-dən artıq şirkət regionda ilk dəfə keçirilən bu sərgidə iştirak edəcəyini təsdiqləmişdir.

Respublikanın müdafiə sənayesi kompleksində bu gün həyata keçirilən inteqrasiya prosesləri, son nəsil texnoloji avadanlıqlar və texnoloji xətlərin tətbiqi və yeni texnologiyaların transferi müdafiə təyinatlı ixtisaslar üzrə innovasiya texnologiyalarından istifadə etməyə qadir mütəxəssis hazırlığı həyata keçirməyi tələb edir.

Sənayeləşdirmə siyasətinin reallaşdırılması üçün bir sıra əlavə tədbirlərin görülməsinin vacib olduğunu diqqətə çatdıran H.Məmmədov qeyd etmişdir ki, buraya daxili bazarın xarici inhisarın ekspansiyasından qorunması, sənaye məhsullarının ixracının dəstəklənməsi, xarici texnologiyaların transferində yerli istehsalçıların maraqlarının müdafiəsi, nou-hauların alınması, təcrübi-konstruktor işləmələrinin birbaşa maliyyələşdirilməsi və onlardan istifadə hüququnun istehsalçıya verilməsi, müasir texnoloji durumun tələbləri səviyyəsində elmi, mühəndis-texniki, ixtisaslı fəhlə kadrları hazırlığının həyata keçirilməsi və digər tədbirlər daxildir.

2014-cü ilin “Sənaye ili” elan edilməsində başlıca məqsəd ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə idxalı azaltmaq, istehsal etdiyimiz məhsulların rəqabətə davamlılığını artırmaq, ixracatı çoxaltmaqdan ibarətdir. Eyni zamanda, xammal və yarımfabrikat ixracatı mümkün qədər azaldılmalı, hazır məhsul istehsalına üstünlük verilməlidir. Məlumdur ki, adətən sənayesi zəif olan ölkələr xammal ixracatına üstünlük verirlər.

Professorun fikrincə, emal sənayesinin inkişafına diqqətin artırılması, xammaldan hazır məhsulun alınması, bu məqsədlə yeni müəssisə, sex və istehsal sahələrinin yaradılması yaxşı olardı. Bu, eyni zamanda, yeni iş yerləri açmaq deməkdir. Həmin resurslar xüsusilə emal sənayesində çoxdur.

Bir sıra yeraltı və yerüstü təbii sərvətlərimiz respublikamızda istifadə olunmayan xammal resursları sırasındadır. Dağ-mədən sənayesi, alternativ enerji mənbələri, faydalı qazıntı yataqları, bir sözlə, kəşf edilmiş belə sərvətlərimiz az deyil.

Ən vacib məsələ odur ki, daxili və xarici bazarda daha çox tələb olunan sənaye məhsullarının çeşidini, onların rəqabətə davamlılığını artıraq, qiyməti bazarlara uyğunlaşdıraq, keyfiyyəti bu günün tələblərinə cavab verən səviyyəyə çatdıra bilək.

AzTU-nun kadr hazırlığı sahəsindəki potensialından danışan rektor vurğulamışdır ki, universitetdə şaxələnmiş ölkə sənayesi üçün 28 istiqamətdə 70-dək ixtisas, o cümlədən də müdafiə təyinatlı ixtisaslar üzrə bakalavr, magistr hazırlığı həyata keçirilir. Habelə “Nəqliyyat”, “Elektrotexnika və energetika”, “Radiotexnika və rabitə”, “Metallurgiya”, “Maşınqayırma”, “Avtomatika və kompüter texnikası”, “Texnoloji maşınlar”, “Mühəndis biznesi və menecment”, “Xarici vətəndaşların təhsili”, “Xüsusi Texnika və Texnologiya” fakültələri fəaliyyət göstərir. 46 kafedrada 600 nəfərdən artıq professor-müəllim heyəti, o cümlədən 68 professor, elmlər doktoru, 332 dosent və elmlər namizədi çalışır. Alimlik dərəcəsi almaq üçün 50-dən artıq yerli və xarici ölkə mütəxəssisləri elmi araşdırmalar aparır. Universitetdə texniki elmlərin müxtəlif istiqamətlərində alimlik dərəcəsi verən ixtisaslaşdırılmış iki elmi şura fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri “Elmi əsərlər” adlı elmi-texniki jurnalda çap olunur. 500 mindən artıq kitab fonduna malik universitet kitabxanası və oxu zalları, eləcə də 400-dən artıq fərdi kompyuteri olan 20-dək tədris və multimedia zalları, ixtisaslaşdırılmış laboratoriyalar tələbələrə və əməkdaşlara xidmət edir.

Universitet BMT, UNESCO, TRASEKA və digər beynəlxalq təşkilatların müvafiq strukturları, bir çox xarici ölkələrin tanınmış universitetləri ilə sıx əməkdaşlıq edir. Müxtəlif dövrlərdə universitetdə 40-dan artıq xarici ölkənin vətəndaşları təhsil almışlar və hazırda da təhsil almaqda davam edirlər. Universitetin müasir avadanlıqlarla təchiz edilmiş auditoriya və laboratoriyalarında “Boloniya prosesi” ilə təsbit edilən kredit sisteminə uyğun tədris planları əsasında müasir elmin və texnikanın problemlərini həll edə biləcək 8000-dən çox tələbə bakalavr və magistr pillələrində təhsil alır.

AzTU-nu digər ali məktəblərdən fərqləndirən ən üstün cəhət sənayeləşmənin əsaslarını təşkil edən texnika və texnologiyaların tədris, tədqiqat və əyani istifadə obyektləri kimi öyrənilməsidir. Bu gün universitetin bir sıra aparıcı kafedralarının texniki və texnoloji təminatları dünyanın ən qabaqcıl təhsil müəssisələri ilə müqayisə oluna biləcək qədər yaxşılaşdırılmış, yeni, müasir laboratoriyalar və tədris mərkəzləri yaradılmışdır. Buna tədris prosesində yeni texnologiyaların tətbiqi və transferi, texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirilməsi və idarə olunması, tələbələrdə nadir vərdişlərin və qabiliyyətlərin formalaşdırılması, ixtisas artırma və yeni ixtisas alma, elmi nəticələrin kommersiyalaşdırılması və digər əlaqədar fəaliyyətlərin həyata keçirilməsi məqsədilə yaradılmış Virtual Layihə-Texnoloji Tədris Mərkəzinin (VLTTM) misal göstərmək olar. Mərkəzin texnoloji təminatı “HAAS Automation” şirkətinin SL-10 CNC+ markalı torna və VF-1 CNC+ markalı emal mərkəzi, proqram təminatı isə “R.&S. KELLERGmbH” şirkətinin SoftWare SYMplus proqram məhsulları əsasında həyata keçirilir.

Universitetin professor-müəllim heyəti və tələbələri mərkəzdə hüquqi cəhətdən bir-birindən asılı olmayan müəssisələrin, o cümlədən “HAAS Аutomation”, “R.&S.Кеller Gmbh”, “Abplanalp Engineering AG”-nin mühəndis-texniki işçiləri ilə birlikdə virtual müəssisə təşkil edərək real vaxt rejimində və informasiya mübadiləsinin vahid standartları daxilində birgə layihələr həyata keçirmək imkanına malikdirlər.

Söhbətimizi ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, bu gün Azərbaycan iqtisadiyyatının inkişaf bazasının yüksək texnologiyalar əsasında qurulması istiqamətində Prezident İlham Əliyev tərəfindən uğurlu siyasət həyata keçirilir. Yüksək texnologiyalar elmə və biliyə söykənən iqtisadiyyatın yaranması istiqamətində irəli atılmış mühüm addımdır. Sənayeləşmə bir tərəfdən yeni texnoloji platformalar əsasında yaradılmış maşın və avadanlıqların, robotların və çevik istehsal sistemlərinin inkişafını tələb edirsə, digər tərəfdən də yeni informasiya sistemlərinin, lokal və inteqral informasiya sistemlərinin, informasiya dillərinin və informasiya emalının proqram vasitələrinin yaradılması və fasiləsiz təkmilləşdirilməsini nəzərdə tutur.

Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan olunması respublika iqtisadiyyatını texnoloji inkişaf etmiş dövlətlər sırasına çıxarmaq üçün lazımi iqtisadi bazanın yaradılmasına xidmət edəcəkdir.

Ceyhun Rüstəmov

AZƏRTAC-ın müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı