ELM VƏ TƏHSİL


Senday çərçivə proqramına aid milli strategiyanın yaradılması və hazırlanma mərhələləri müzakirə edilib

Bakı, 26 iyun, AZƏRTAC

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, Azərbaycanın ilk dəfə çoxparametrli məlumatlar əsasında tərtib edilmiş irimiqyaslı rəqəmsal ekoloji risklər xəritəsinin həmmüəllifi, coğrafiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov Fəlakət Risklərinin Azaldılması üzrə Senday Çərçivə Sənədinə dair Milli Strategiyanın yaradılması ilə bağlı Əlaqələndirmə Qrupunun onlayn iclasının iştirakçısı olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşəbbüsü ilə keçirilən iclasda bir sıra dövlət qrumları və nazirliklərin, eləcə də AMEA-nın nümayəndələri iştirak ediblər. Tədbirdə Senday çərçivə proqramına aid veb-saytın təqdimından sonra milli strategiyanın yaradılması və hazırlanma mərhələləri müzakirə edilib, müvafiq dövlət qurumları nümayəndələrinin təklifləri dinlənilib, maraq doğuran suallara cavablar səsləndirilib. Senday Çərçivə Sənədinə dair Milli Strategiyanın hazırlanmasının üç mərhələdə həyata keçiriləcəyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.