Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Seneqal Respublikasının Prezidenti Məkki Salldan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə və dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında səmimi dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün Sizinlə birgə işləməyə hazır olduğumu bir daha vurğulayıram.

Dərin hörmətlə,

 
Məkki Sall
Seneqal Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin