DÜNYA
Seneqal prezidenti Afrika İttifaqı adından Moskva və Kiyevə səfər edəcək
Madrid, 23 may, AZƏRTAC
Seneqal prezidenti Maki Sall hazırda rəhbərlik etdiyi Afrika İttifaqı adından Rusiya və Ukraynaya səfər edəcək.
AZƏRTAC xəbər verir ki, səfər Moskvanın dəvəti və Ukrayna Prezidentinin Afrika ölkələrinin rəhbərləri ilə təmasda olmaq istəyi ilə baş tutacaq.
M.Sall əvvəlcə mayın 18-nə planlaşdırılan, lakin müəyyən səbəblərdən baş tutmayan səfər üçün Afrika İttifaqından mandat aldığını və buna görə də yeni tarixlərin təklif edildiyini bildirib.
Seneqal prezidenti səfərin yaxın həftələrdə baş tutacağını deyib.
Ukraynadakı hərbi əməliyyatlar taxılın qiymətinin qalxması və yanacaq qıtlığına səbəb olaraq Afrika qitəsinin iqtisadiyyatına ağır zərbə vurub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]