İDMAN


Seneqalda keçiriləcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının büdcəsi 150 milyon dollar olacaq

Bakı, 9 oktyabr, AZƏRTAC

2022-ci ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının büdcəsi açıqlanıb.

AZƏRTAC xəbər verir ki, “Dakar-2022”nin büdcəsi ilkin hesablamalara görə, təxminən 150 milyon dollar olacaq.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Oyunları üzrə icraçı direktoru Kristof Dyubi mətbuat konfransında məlumat verib. “Biz Dakar Olimpiadasının büdcəsinin 150 milyon dollar olacağını gözləyirik”, - deyə K.Dyubi bildirib.

Qeyd edək ki, BOK-un oktyabrın 8-də Buenos-Ayresdə keçirilən sessiyasında Dakar 2022-ci ildə Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhər seçilib.

Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının büdcəsi 200 milyon dollar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.