İQTİSADİYYAT


Seneqalın gömrükçüləri Azərbaycan gömrüyünün təcrübəsini öyrənməkdə maraqlıdır

Bakı, 30 iyun, AZƏRTAC

Seneqalın gömrükçüləri Azərbaycan gömrüyünün təcrübəsini öyrənməkdə maraqlıdır.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının sessiyası çərçivəsində Seneqal Respublikası Baş Gömrük İdarəsinin baş direktoru Oumar Diallo ilə görüşündə deyilib.

Görüşdə Azərbaycan və Seneqal gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qeyd edib ki, Seneqal və Azərbaycan dost ölkələrdir, hər iki ölkə arasında diplomatik münasibətlərlə yanaşı, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələr də formalaşmağa başlayıb. Komitə sədri gömrük orqanları vasitəsilə yaradılan əməkdaşlıq əlaqələrinin hər iki ölkənin digər sahələrdə də qarşılıqlı münasibətlərinin yaradılması işinə töhfə verdiyini bildirib.

Seneqal Respublikası Baş Gömrük İdarəsinin baş direktoru Oumar Diallo Azərbaycan və Seneqal gömrük orqanları arasında dostluq və əməkdaşlığın gücləndirilməsinə göstərilən diqqət və yardımı yüksək qiymətləndirib. Baş direktor Azərbaycan gömrük xidmətinin əldə etdiyi uğurların Seneqal tərəfində maraqla qarşılandığını, o cümlədən azərbaycanlı həmkarlarının təcrübəsini öyrənməkdə və gömrük işinin bütün sahələrində əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Görüşdə, eyni zamanda, iki ölkənin gömrük orqanları arasında əlaqələrin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, eləcə də gömrük sahəsində innovasiya layihələrinin idarə edilməsi prinsiplərinin öyrənilməsi üçün əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.