İDMAN
Seneqallı müdafiəçi “Sabah”dan ayrılıb

Bakı, 31 may, AZƏRTAC
Seneqallı müdafiəçi Abdulaye Ba Bakının “Sabah” klubundan ayrılıb.
AZƏRTAC xəbər verir ki, 32 yaşlı futbolçunun müddəti bitən müqaviləsi yenilənməyib.
Abdulaye Ba sosial şəbəkə hesabında "Sabah"la vidalaşıb.
"Sabah"la müqaviləmin müddəti başa çatıb. Bu komandada oynamaq çox özəl idi. Xüsusi təcrübə oldu. Evdə imişəm kimi, hər oyunda vacib olduğumu hiss etdirdiniz, azarkeşlər böyük dəstək verdi. Kluba təşəkkür edirəm, hər birinizdən öyrəndiklərim oldu. Hər zaman qəlbimdə olacaqsınız", - deyə Abdulaye Ba deyib.
Qeyd edək ki, müdafiəçi 2022-ci ilin iyulundan "Sabah"da çıxış edirdi.
O, Premyer Liqada 2022-2023-cü il mövsümündə 22 oyunda 2 qolla yadda qalıb.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 02.10.2023 [18:01]
“Qarabağ”ın legioneri Liviya və Serbiya yığmaları ilə oyunlara dəvət alıb
- 02.10.2023 [17:12]
“Gəncə” voleybol klubu argentinalı məşqçi ilə anlaşıb
- 02.10.2023 [16:33]
Azərbaycan millisinin voleybolçusu Rumıniyada kubok qazanıb
- 02.10.2023 [15:32]
Azərbaycan futbolunun legionerləri: Ötən həftə kim necə oynadı? -ARAŞDIRMA
- 02.10.2023 [15:19]
Bakıda kəmər güləşi üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
- 02.10.2023 [13:39]
Gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 02.10.2023 [13:17]