ELM VƏ TƏHSİL


“Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində 17 nəfərə təhsil sənədi təqdim olunub

Bakı, 24 may, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən (TKTA) “Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib.

Bu Barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib.

“Toyota Absheron Center”də keçirilən tədbirdə avtomobil təmiri çilingəri peşə ixtisası üzrə qiymətləndirmə prosesində uğurlu nəticə əldə etmiş 17 nəfərə təhsil sənədləri təqdim olunub.

TKTA-nın Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva sertifikat sahiblərini təbrik edərək qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması sahəsində ötən dövr ərzində görülən işlərdən bəhs edib. Formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb.

Sonda qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması üzrə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.