ELM VƏ TƏHSİL


“Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Bakı, 31 iyul, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) “Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Agentliyin İdarə Heyətinin sədri Eldar Orucov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni təhsil sistemində peşə təhsilinin inkişaf etdirilməsini prioritet istiqamət kimi müəyyən etməsini xüsusi vurğulayıb. TKTA-nın qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması sahəsində cari il ərzində gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini, gələcəkdə də bu sahə istiqamətində hər iki qurumun qarşılıqlı fəaliyyət göstərəcəklərini qeyd edib.

Qeyri-formal və informal təhsilin tanıdılması məqsədilə hazırlanan xüsusi videoçarx nümayiş olunub.

Mərasimdə plastik boru qaynaqçısı, qənnadıçı-şirniyyatçı və mobil telefonların təmiri ustası ixtisasları üzrə 11 ərizəçiyə diplom, 13 ərizəçiyə isə müxtəlif modullar üzrə sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.