İQTİSADİYYAT


Səngəçal-Çeyildağ avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır VİDEO

Bakı, 24 oktyabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən Qaradağ rayonu ərazisindəki Səngəçal-Çeyildağ avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

Bu barədə AZƏRTAC-a agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata əsasən, uzunluğu 24 kilometr olan Səngəçal-Çeyildağ avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə 2 metrdir. Yenidənqurma işlərinə uyğun olaraq yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əks dolğu işləri aparılaraq 52 min kubmetr həcmində yeni yol yatağı inşa olunub.

Yolun profilə salınması üçün relyefdən aşağı olan hissələr qaldırılıb, hündür hissələr isə aşağı salınıb. Bundan başqa, yolun normativ eninin alınması məqsədilə torpaq yatağının genişləndirməsi və dağ yamaclarının kəsilməsi işləri də aparılıb.

Layihə boyu 38 ədəd müxtəlif diametrli suötürücü boru yerləşir. Lakin borular köhnəldiyindən bəzilərinin sökülərək yenidən tikilməsinə, bir hissəsinin isə təmir olunaraq işlək vəziyyətinə salınmasına zərurət yaranıb. Bu borular təmir olunub, köhnə borular sökülərək, yerində müxtəlif diametrli yeni dəmir-beton borular tikilib. Bundan başqa, yolboyu yeraltı kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün keçid borular da atılıb.

Torpaq işləri tam olaraq bitəndən sonra texnoloji ardıcıllığa uyğun olaraq yolun asfaltlanması işlərinə başlanılıb.

Bütün işlər mövcud tikinti və norma qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə aparılır. İşlərin yaxın aylarda yekunlaşdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.