İQTİSADİYYAT
“Səngəçal” elektrik stansiyasında ötən ay 100,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib
Bakı, 20 aprel, AZƏRTAC
“Səngəçal” elektrik stansiyasında ötən ay 100,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu ilin birinci rübündə isə burada istehsal 296,4 milyon kilovat-saata yaxın olub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, stansıyada enerji sistemin səmərəli fəaliyyəti üçün lazımi təminatlar yaradılıb, elektrik enerjisinin istehsalı və ötürülməsi sistemi təkmilləşdirilib , irimiqyaslı yeni layihələr həyata keçirilib və hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. Elektrik stansiyasında bütün işlər günün tələbləri səviyyəsində qurulub. Hazırda fəaliyyətdə olan aqreqatlar işlək vəziyyətdədir.
Ümumi gücü 300 meqavat olan “Səngəçal” elektrik stansiyası 18 aqreqatdan ibarətdir. Bu stansiyanın digər stansiyalardan fərqi ondadır ki, burada əsas yanacaq kimi qaz və mazutdan istifadə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]