İQTİSADİYYAT


Səngəçal terminalından bu il 183 milyon barrel neft və kondensat göndərilib

Bakı, 16 noyabr, AZƏRTAC

Doqquz ayda Səngəçal terminalı təqribən 183 milyon barrel neft və kondensat, o cümlədən 160 milyon barrel Bakı-Tbilisi-Ceyhanla (BTC) və 23 milyon barrel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə (QİBK) ixrac edib.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, üç rübdə terminaldan, həmçinin gündəlik orta hesabla 48 milyon standart kubmetr (1 milyard 691 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac olunub.

Üçüncü rüb ərzində “Azəri-Çıraq-Günəşli” ilə “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 85 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.