İQTİSADİYYAT


Səngəçal terminalının genişləndirilməsi üzrə işlərin 99,8 faizi icra edilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Səngəçal terminalının genişləndirilməsi üzrə tikinti və quraşdırma işlərinin 99,8 faizi icra olunub.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq neft və qaz boru kəmərləri layihələrində təmsilçilik, idarəetmə və operatorluq xidmətlərinin göstərilməsi məqsədilə yaradılmış “SOCAR Midstream Operations” MMC (SMO) törəmə müəssisəsi “Cənub Qaz Dəhlizi” layihəsinin icrasını diqqət mərkəzində saxlayır. “SOCAR Midstream Operations MMC”nin əməkdaşları Səngəçal terminalına səfər ediblər. MMC-nin İdarəetmə, SƏTƏM və Texniki sahələr üzrə mütəxəssisləri bu günlərdə Səngəçal terminalının “Şahdəniz-2” layihəsi çərçivəsində genişləndirilən sahəsində olublar.

Görüş zamanı BP şirkətinin “Şahdəniz-2” layihəsi üzrə nümayəndələri layihənin gedişatı haqqında təqdimat keçirib, SMO-nun mütəxəssislərinin suallarını cavablandırıblar.

Təqdimatdan sonra SMO-nun mütəxəssisləri layihə çərçivəsində Səngəçal terminalının genişləndirilməsi üzrə işin gedişatı ilə yerində tanış olublar. Müəyyən edilib ki, Səngəçal terminalının genişləndirilməsi üzrə tikinti və quraşdırma işləri yüksək templə davam etdirilir. Belə ki, 2017-ci ilin sentyabr ayı üçün tikinti və quraşdırılma işləri üzrə 99,8 faiz göstərici əldə edilib. Hazırda Rezervuar parkı istisna olmaqla bütün əsas və köməkçi texnoloji sahələrdə işlər tamamlanma mərhələsindədir. Layihə üzrə görülən tamamlanma işləri qrafikə uyğun davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.