İDMAN


“Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda Formula 1 çempionatına yekun vurulub VİDEO

Bakı, 19 mart, AZƏRTAC

Martın 19-da “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə regionlarda avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda Formula 1 çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Dənizkənarı Milli Parkda keçirilən finalda altı regionun – Lənkəran, Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubanın qalibləri çempion titulu uğrunda yarışıblar. Bakı şəhər halqasında beş dövrədən ibarət yarışda ən yüksək nəticə göstərən Quba şəhər 7 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Fərid İslamov çempionatın qalibi olub.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai qalibi təbrik edərək, ona Formula 1 Azərbaycan Qran-Prisinə dördgünlük ikinəfərlik bilet təqdim edib.

Çempionatın iştirakçılarına velosiped və aksesuarları, xatirə hədiyyələri təqdim olunub.

Yarışların regionlar üzrə mərhələlərində şagirdlər üçün yol hərəkəti təhlükəsizliyinə dair seminarlar da təşkil olunub. Hər rayonda üç gün ərzində keçirilən tədbirlərdə 2500-dək məktəbli iştirak edib.

Layihənin məqsədi Azərbaycanın regionlarında gənclər arasında Formula 1 və yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlılığı artırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.