İDMAN


Şenol Güneş: Bakıdakı qarşılaşmalarda özümüzü ev sahibi kimi hiss edəcəyik

İstanbul, 14 fevral, AZƏRTAC

Martda Sloveniya və Avstriya ilə yoldaşlıq matçları keçirəcəyik. Milli çempionatlar başa çatdıqdan sonra isə bizi əvvəl Azərbaycan və Şimali İrlandiya, sonra isə Xorvatiya və İrlandiya ilə qarşılaşmalar gözləyir.

AZƏRTAC xəbər verir ki, bunu futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Güneş “Avro-2020”yə hazırlıq barədə ölkə mətbuatına müsahibəsində bildirib.

Bakıdakı qarşılaşmalarda özlərini ev sahibi kimi hiss edəcəklərini vurğulayan Ş.Güneş bildirib: “İtaliya ilə açılış oyunundan sonra Bakıya gedəcəyik və orada iki görüş keçirəcəyik. Turniri Türkiyəyə verməsələr də, iki oyunumuzun Bakıda olması bizim üçün üstünlükdür”.

Zədəli oyunçuların son vəziyyəti ilə bağlı danışan baş məşqçi Merih Demiralın turnirə qatılmasını istədiyini, lakin o zamana qədər vəziyyətinin necə olacağını bilmədiyini deyib. Yusuf Yazıcı, Abdulkadir Ömür və Dorukan Toközun isə zədələrinin qısa zaman ərzində sağalacağını bildirib.

Qeyd edək ki, “Avro-2020” çərçivəsində iyunun 13-də Uels- İsveçrə, iyunun 17-də Türkiyə-Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları, eyni zamanda, dörddəbir final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.