İDMAN
Şenol Güneş: Buraxılan qol oyunumuza mənfi təsir etdi
Bakı, 17 iyun, AZƏRTAC
Uels millisi gözəl oyun nümayiş etdirdi. Futbolçularımın da çoxlu sayda qol vurmaq şansı oldu. Təəssüf ki, bunu reallaşdıra bilmədilər.
AZƏRTAC xəbər verir ki, bunu “Avro-2020”nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda Uels yığmasına 0:2 hesabı ilə məğlub olan Türkiyə seçməsinin baş məşqçisi Şenol Güneş oyundan sonra deyib.
Mütəxəssis bildirib ki, İsveçrə ilə müqayisədə Uels millisi bizə qarşı daha aqressiv oynadı. Amma buraxılan qol bizə mənfi təsir etdi. Top itkilərimiz çox oldu. Rəqibə çox boş sahə verdik, onlar da istədikləri qolu vurdular. Daha yaxşı nəticə qazana bilərdik. Bu oyunadək şansımız çox idi. Amma bu məğlubiyyətdən sonra vəziyyətimiz pisləşdi.
A qrupunun birinci oyununda Türkiyə millisi İtaliyaya 0:3 hesabı ilə uduzub. Uels isə İsveçrə ilə heç-heçə edib – 1:1.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu iyunun 20-də İsveçrə-Türkiyə qarşılaşmasına və iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.