DÜNYA


Sentyabr ayında Gürcüstanda 35 min 719 nəfər koronavirusa yoluxub

Tbilisi, 4 oktyabr, AZƏRTAC

Gürcüstanda sentyabr ayında 35 719 nəfər koronavirusa yoluxub. Daha 20 nəfər pandemiyanın qurbanı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, sentyabr ayı ərzində 43 min 189 nəfər koronavirusdan müalicə olunub.

Qeyd edilir ki, bu günədək Gürcüstanda 1 764 350 koronavirusa yoluxub, 1 738 337 nəfər müalicə olunaraq sağalıb, 16 902 nəfər isə dünyasını dəyişib.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.