ELM VƏ TƏHSİL


Sentyabr ayında Təhsil Nazirliyinə 5 min 935 müraciət daxil olub

Bakı, 4 oktyabr, AZƏRTAC

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) bu ilin sentyabr ayında daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qeyd olunan ay ərzində həmin mərkəzlərə ümumilikdə 5 min 935 müraciət daxil olub.

Statistikaya görə, Telefon Məlumat Mərkəzində 3 min 811 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 min 124 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 2 min 6 sənəd (1.239 ərizə, 759 məktub, 8 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi və ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı məsələləri əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.