CƏMİYYƏT


Sentyabr ayında narkomanlığa qarşı bir sıra tədbirlər keçirilib

Bakı, 7 oktyabr, AZƏRTAC

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun təşkilatçılığı və iştirakı ilə bu il sentyabr ayı ərzində aidiyyəti qurumlarla birlikdə bir sıra tədbir, idman yarışları, treninqlər keçirilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair birgə imzalanmış Tədbirlər Planı çərçivəsində YAP Mərkəzi Aparatının və Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə “Qüvvət elmdədir” mövzusunda maarifləndirici tədbir təşkil edilib.

YAP Xəzər rayon təşkilatının və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç” deviz altında yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayon turniri kütləviliyi ilə seçilib. Yarışda 9 çəki dərəcəsi üzrə 100-ə yaxın gənc iştirak edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 1, 10, 12 və 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbirləri də yüksək səviyyədə təşkil edilib.

Ötən ay Nizami, Sabunçu və Suraxanı rayonlarının ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq, Gənclər Fondunun Şamaxı rayonunda keçirilmiş “Yayfest” gənclər festivalında təşkil olunmuş “Mən öz gələcəyimi seçirəm” adlı təlimlərdə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşlarının ekspert qismində iştirakı, Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə “Narkomaniyaya qarşı birgə olaq!” adlı tədbir də xüsusilə diqqəti cəlb edib.

Həmçinin Dövlət Komissiyasının işçi qrupu tərəfindən sentyabrda “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı yeni üslubda hazırlanmış zəruri əyani təbliğat materialları bütün təlim, dəyirmi masa və tədbirlərdə paylanılıb.

Keçirilən silsilə tədbirlərin “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və digər kütləvi informasiya vasitələrində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilib.

Beləliklə, bu ilin sentyabrında ümumilikdə 12 tədbir, 1 idman və 6 maarifləndirmə tədbiri, ümumtəhsil məktəblərinin psixoloqları üçün 3 təlim və “Yayfest” gənclər festivalında 2 interaktiv təlim təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.