CƏMİYYƏT


Sentyabr ayının müavinət, təqaüd, ünvanlı yardımları da ödənildi

Bakı, 27 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl, sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 15-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.

Beləliklə, bütün sosial təminat növləri üzrə sentyabr ayının sosial ödənişləri bu gün yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.