İQTİSADİYYAT


Sentyabrda “Azərsu” ASC-nin elektron xidmətlərinə 28 mindən çox müraciət daxil olub

Bakı, 17 oktyabr, AZƏRTAC

Sentyabr ayında “Azərsu” ASC-nin elektron xidmətlərinə 28 mindən çox müraciət daxil olub.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC tərəfindən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər müsbət nəticələr verməkdədir. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə “Azərsu” ASC tərəfindən zəruri işlər aparılaraq elektron xidmətlər sistemi yaradılıb.

Son illər həyata keçirilən sistem xarakterli islahatların Səhmdar Cəmiyyətin fəaliyyət sahələrinin avtomatlaşdırılmış infrastruktur əsasında formalaşmasına, eləcə də əhalinin bu xidmətlərdən elektron qaydada, real vaxt rejimində, çevik və şəffaf şəkildə istifadəsinə şərait yaradır. Hazırda Səhmdar Cəmiyyət tərəfindən 11 növdə elektron xidmət təqdim olunur. 2017-ci ilin yanvar-sentyabr aylarında vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 215 min 360 dəfə elektron qaydada müraciət edilib. Təkcə sentyabr ayında “Azərsu” ASC-nin elektron xidmətlərinə 28 mindən çox müraciət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 dəfə çoxdur.

Qeyd edək ki, www.azersu.az saytında yerləşdirilmiş onlayn sorğuda iştirak edənlərin 55,6 faizi “Azərsu” ASC-nin təqdim etdiyi elektron xidmətlərdən istifadə etdiklərini bildiriblər. Elektron xidmətlərdən istifadə www.e-gov.az portalı və www.azersu.az saytı üzərindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.