İQTİSADİYYAT


Sentyabrda “OPEC+” ölkələri öhdəliklərinə 102 faiz əməl edib

Bakı, 20 oktyabr, AZƏRTAC

OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) neft hasilatının azaldılmasına dair öhdəliklərə cari ilin sentyabr ayında 102 faiz səviyyəsində əməl edib.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında keçirilən 23-cü iclasında deyilib.

Bu, cari ilin may ayından bəri ən yüksək göstəricidir (Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən iyun ayında edilən könüllü düzəlişlər istisna olmaqla).

JMMC OPEC və OPEC-ə üzv olmayan ölkələrinin öhdəliklərə əməletmə səviyyəsindəki müsbət performansı alqışlayıb.

Qeyd edək ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan sentyabrda sutkada xam neft hasilatını 133 min barrel azaldıb. Bununla da Azərbaycan sentyabrda “OPEC+” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib.

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, “Azəri-Çıraq-Günəşli”də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (“Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır.

Xatırladaq ki, 12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust- 31 dekabr tarixlərini əhatə edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.