İQTİSADİYYAT


Sentyabrda “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq konfrans olacaq

Bakı, 28 iyul, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə sentyabrın 16-da “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans olacaq.

Palatadan AZƏRTAC-a bildirilib ki, bu qərar Auditorlar Palatası Şurasının iyulun 28-də videokonfrans formatında keçirilən növbəti iclasında səsləndirilib.

Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair bir sıra məsələlər, o cümlədən ölkənin iqtisadi qüdrətinin və potensialının artırılması istiqamətində auditor xidmətinin üzərinə düşən vəzifələrin beynəlxalq təcrübə nəzərə alınmaqla genişləndirilməsi üzrə təkliflər dinlənilib.

İclasda, həmçinin Auditorlar Palatasının 2022-ci ilin I yarımili üzrə fəaliyyətinin yekunlarına dair hesabat, PL/TMM üzrə risklərin müəyyən edilməsinə dair proqram təminatı, “Monitorinq subyektlərinə PL/TMM üzrə tələblərə, Milli Risk Qiymətləndirilməsi zamanı aşkar edilmiş zəifliklərə və təhdidlərə dair təlim proqramı”, Auditorlar Palatası Şurasının 2017-ci il 30 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Audit sahəsində müsabiqə qaydaları və auditor seçimi üzrə metodik göstəriş”də dəyişiklik edilməsi, “Rəqəmsal iqtisadiyyatda şəffaflıq” kitabının hazırlanması və nəşri, Auditorlar Palatası ilə Belarus Auditorlar Palatası arasında əməkdaşlıq sazişinin imzalanması barədə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.