İQTİSADİYYAT


Sentyabrda dəniz nəqliyyatı ilə 58,4 milyon dollarlıq yük daşınıb

Bakı, 27 oktyabr, AZƏRTAC

Sentyabrda dəniz nəqliyyatı ilə ümumilikdə 67 min 141 ton yük daşınıb ki, bu yüklərin dəyəri 58,4 milyon ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 12 min ton yükün dəyəri 4,4 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 55 min 109 ton, dəyəri isə 54 milyon dollar olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.