İQTİSADİYYAT


Sentyabrda ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manat olub

Bakı, 13 noyabr, AZƏRTAC

Sentyabrda ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəlməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində sentyabrda ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manata çatıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 35,8 faiz, cari ilin avqust ayı ilə müqayisədə isə 21,6 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.