İQTİSADİYYAT


Sentyabrda rusiyalı iş adamları Azərbaycana səfər edəcəklər

Bakı, 10 avqust, AZƏRTAC

Sentyabrda Rusiyanın Sankt-Peterburq şəhərindən iş adamları biznes missiya çərçivəsində Azərbaycana səfər edəcəklər.

AZƏRTAC “Biznes-Qeometriya” MMC-nin məlumatına istinadla xəbər verir ki, hazırda təşkilat Azərbaycana biznes missiyada iştirak üçün müraciətləri qəbul edir.

Səfər çərçivəsində nümayəndə heyəti “B2B” görüşləri keçirəcək, potensial tərəfdaşlarla danışıqlar aparacaq, dövlət qurumları və Azərbaycan Sənaye Korporasiyasının nümayəndələri ilə dəyirmi masalarda iştirak edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.