ELM VƏ TƏHSİL
Sentyabrın 10-da UFAZ-da yeni tədris ili başlanır
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) yeni tədris ili başlanacaq.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, bu addım akademik təqvimin Fransa təhsil sisteminə uyğunlaşdırılması və təhsil müəssisəsində iş rejiminin tənzimlənməsi məqsədilə atılıb.
Bu məqsədlə sentyabrın 7-də UFAZ-da 2018-2019-cu tədris ilinin başlanması ilə əlaqədar müəllim kollektivi ilə iclas keçirilib. İclasda ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edilib. Eyni zamanda, cari tədris ili üçün yeni istiqamətlər və fəaliyyət planı müəyyənləşdirilib, qarşıda duran vəzifələr, dərs yüklərinin bölünməsi və digər məsələlər müzakirə olunub.
Hazırda UFAZ-da 30-dək müəllim çalışır, 410 tələbə təhsil alır. Fransadan dəvət olunmuş, yeni tədris ilindən etibarən daimi olaraq Bakıda işləyəcək müəllim Loyk Soyer UFAZ-da dörd ixtisas üzrə (neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, geofizika mühəndisliyi və kompüter elmləri) tələbələrə riyaziyyat və kompüter elmləri fənlərini tədris edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]