CƏMİYYƏT


Sentyabrın 21-i Beynəlxalq Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günüdür

Bakı, 21 sentyabr, AZƏRTAC

Hər il sentyabrın 21-i Beynəlxalq Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü kimi qeyd edilir. Həmin gün 1994-cü ildə xəstəliyin araşdırılması və onun inkişafının ləngidilməsi ilə məşğul olan təşkilatın təşəbbüsü ilə təsis olunub.

AZƏRTAC xəbər verir ki, vaxtilə qədim Yunanıstanda yaşla yaddaş zəifliyi arasında əlaqənin olduğunu söyləsələr də, onun mövcudluğunu ilk dəfə 1906-cı ildə alman psixiatrı Alois Altsheymer aşkar edib. O, əlli yaşında vəfat edən xəstənin ölüm səbəblərini mətbuat səhifəsinə çıxarıb. Sonralar tibbi ədəbiyyatda ona oxşar bir sıra hadisələr barədə məlumat verilib. Çox keçmədən Altsheymer ayrıca bir xəstəlik kimi qəbul edilib.

Altsheymer normal qocalıq əlaməti olan düşünmə qabiliyyətinin pozulması prosesini sürətləndirərək inkişaf edən və ya xroniki patologiya halına gətirən problemdir. Xəstəlik zamanı danışıq, düşünmə, qavrama, anlama, hesablama, tanıma kimi qabiliyyətlər tədricən zəifləyir. Bu, əsasən 65 yaşdan sonra inkişaf edən problemdir, lakin xəstəliyə bəzi hallarda daha erkən yaşlarda da rast gəlmək olar.

Bu günə qədər mütəxəssislər tərəfindən bir çox sensasiya yaradan açıqlamaların olmasına baxmayaraq xəstəliklə mübarizə və ya onun profilaktikası ilə əlaqəli heç bir dəqiq elmi sübut yoxdur. Tibbin köməyi ilə sadəcə xəstənin vəziyyətini yüngülləşdirmək olar.

Hazırda dünyada xroniki yaddaş zəifliyindən əziyyət çəkən 35 milyon nəfər var. Mütəxəssislər 2050-ci ilə kimi həmin xəstəlikdən əziyyət çəkənlərin sayının 115 milyona çatacağını proqnozlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.