CƏMİYYƏT


Sentyabrın 22-də Berlin sakinləri, ola bilsin, rahat nəfəs alacaqlar

Berlin, 9 sentyabr, AZƏRTAC

Almaniya Bundestaqında öz fraksiyaları ilə təmsil edilmiş bir sıra siyasi partiyalar Ümumavropa “Bir gün avtomobilsiz” aksiyasına Berlinin də qoşulmasını təklif ediblər.

AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də keçiriləcək “Bir gün avtomobilsiz” aksiyasına əhalisinin ümumi sayı 100 milyona yaxın olan 1500 şəhər qoşulacaq.

İlk dəfə 1973-cü ildə İsveçrədə keçirilmiş bu tədbir o vaxt “neft böhranı” ilə əlaqədar idi. Sonralar bu təşəbbüs Böyük Britaniya, Fransa və İspaniyada da geniş yayıldı. Təqribən 20 il bundan əvvəl Avropa Komissiyası sentyabrın 16-dan 22-dək olan bir həftəlik dövrü bütün Avropada “Bir gün avtomobilsiz” aksiyasının keçiriləcəyi həftə elan edib.

İndi bu rəmzi aksiyada iştirak etmək növbəsi Almaniyanın paytaxtına çatıb. Əgər qanunverici orqan bu ideyanı qəbul edərsə, həmin gün şəhər ictimai nəqliyyatında gediş pulsuz olacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.