CƏMİYYƏT


Sentyabrın 24-dən 25-nə keçən gecə Kəpəz dağına qar yağıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli, intensiv və güclü olub. Güclü yağış nəticəsində Qəbələ Dəmiraparan çaydan və Qəbələ rayonu Tikanlı kəndi Tikanlı çayından sel keçir.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, Əyriçay Başdaşağılda (Oğuz) 39, Sarıbaşda (Qax) 46, Gədəbəydə 27 (aylıq normanın 56 faizi), Kişçayda (Şəki) 25 (aylıq normanın 37 faizi), Balakəndə 24, Göygöldə 23 (aylıq normanın 50 faizi), Zaqatalada 23, Şəkidə 20, Astara, Daşkəsəndə 17, Yardımlıda 16, Qusar, Şəmkirdə 14 (aylıq normanın 72 faizi), Qubada 13, Qəbələdə 12, Lənkəran, Tovuzda 11, Gəncədə 10 (aylıq normanın 59 faizi), Xaltan, Oğuzda 7, Şabranda 6, Biləsuvarda 5, Lerik, Balakən, Naftalan, Ceyrançöl, Mingəçevirdə 5, Yevlaxda 4, Ağstafada 3, Cəfərxan, Bərdədə 2, Tərtər, Göyçay, Kürdəmir, Sabirabad, Salyan, Hacıqabul, Nabran, Qobustan, Xaçmaz, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.

Gəncə meteoroloji stansiyasının məlumatına əsasən, sentyabrın 24-dən 25-nə keçən gecə Kəpəz dağına qar yağıb.

Şimal-qərb küləyi əsib, arabir Naftalanda 28, Ağdamda 24, Tərtərdə 23, Bərdədə 22, Tovuz, Neftçala, Gəncədə 20, Ceyrançöldə 18, Mingəçevir, Yevlax, Kəlvəzdə 16, Şərur, Şirvanda 15, Bakıda 23, Sumqayıtda 21, Qum adasında 20, Maştağa, Neft Daşları, Pirallahı, Binədə 15 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 26-sı gündüzədək davam edəcək. Sentyabrın 26-sı gündüz yağıntıların tədricən kəsiləcəyi, sentyabrın 27-də əsasən yağmursuz keçəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.