İQTİSADİYYAT
Sentyabrın birinci yarısında 74 nəqliyyat vasitəsi özəlləşdirmə hərraclarına çıxarılacaq
Bakı, 29 avqust, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 6-sı və 13-də özəlləşdirmə hərracları keçiriləcək.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, sentyabrın 6-da keçiriləcək hərraca 10 kiçik dövlət müəssisəsi, 49 nəqliyyat vasitəsi, sentyabrın 13-də təşkil olunacaq hərraca isə 5 səhmdar cəmiyyətin səhm paketi, 25 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.
Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı, təmir sahələrinə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizidir.
Özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Koreya və Amerika istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1993-2013-cü illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı: (https://bit.ly/3mmNVpB)