İQTİSADİYYAT


Sentyabrın sonunadək 100-dən çox məktəbin ətrafında çatışmayan yol nişanları quraşdırılacaq

Bakı, 14 sentyabr, AZƏRTAC

Paytaxtda yerləşən orta məktəblərin ətraflarında şagirdlərin və digər piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün mövcud piyada keçidlərinin yenilənməsi işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, son 2 həftədə 30-dan çox məktəb binasının ətrafında “piyada keçidi” üfüqi yol nişanlanma xətti bərpa edilib. Ümumilikdə ayın sonunadək 100-dən çox məktəbin ətrafında müvafiq işlərin görülməsi, çatışmayan yol nişanlarının quraşdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.