REGİONLAR


Sənubər Hüseynova: Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq yaddaşımda dərin iz buraxdı

Quba, 16 mart, Elxan Yusifli, AZƏRTAC

Ötən əsrin əvvəllərində bütün Azərbaycan ərazisində soydaşlarımıza qarşı soyqırımları törədilib. Ermənilər soyqırımı siyasətini sonrakı dövrdə də davam etdiriblər. Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq yaddaşımda dərin iz buraxdı. Bu məkan ermənilərin tarixboyu azərbaycanlılara olan münasibətinin bariz nümunəsidir. Biz gənc nəsil bunu heç vaxt unutmamalıyıq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Prezident İlham Əliyevin tövsiyəsi ilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Sənubər Hüseynova söyləyib.

Şirvan şəhər Elçin İmanov adına 10 saylı tam orta məktəbin şagirdi tur-aksiyanın bölgələrlə tanış olmaq üçün əla imkan yaratdığını bildirib.

“Bu gün Qubada Qırmızı qəsəbə, Cümə məscidi, “ABAD Factory” İstehsalat Kompleksi, Tağlı körpü və başqa yerlərdə olduq. Mən Qırmızı qəsəbə haqqında oxumuşdum. Burada dağ yəhudilərinin yığcam yaşadıqları barədə məlumatım vardı. XVIII əsrdən bəri buradakı yəhudilər azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dünyanın başqa yerlərində bu mənzərəni görmək mümkün deyil. Biz ölkəmizin multikultural dəyərləri ilə fəxr etməliyik”, - deyə məktəbli bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.