REGİONLAR


Səpin aparılmış sahənin 98,3 faizini dən üçün payızlıq bitkilər təşkil edib

Bakı, 11 yanvar, AZƏRTAC

Ötən il dekabrın 1-i vəziyyətinə görə, 891306,9 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, səpin aparılmış sahənin 98,3 faizini və yaxud 876163,6 hektarını dən üçün payızlıq bitkilər təşkil edib. Onun isə 577252,5 hektarı buğda, 298702,1 hektarı arpa, 209,0 hektarı isə çovdar əkinlərinin payına düşür.

Ən çox buğda bitkisi Şəki şəhəri (43689,2 hektar) və Cəlilabad (49100,0 hektar), Füzuli (26590,0 hektar), Şamaxı (23426,5 hektar), İsmayıllı (22079,0 hektar), Qobustan (21231,0 hektar), Hacıqabul (18767,0 hektar) rayonlarında, ən çox arpa bitkisi Şəki şəhəri (20348,5 hektar) və Neftçala (29485,0 hektar), Kürdəmir (26800,0 hektar), Ağsu (13602,0 hektar), Biləsuvar (12745,0 hektar), Şamaxı (11468,0 hektar), Hacıqabul (10467,0 hektar) rayonlarında səpilib.

2017-ci ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 1,3 faiz, o cümlədən arpanın səpin sahəsi 6,5 faiz, çovdarın səpin sahəsi 2,7 dəfə artıb, buğdanın səpin sahəsi 1,2 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.