DÜNYA


Seqey Ryabkov: Vaşinqtonun təhdidlərinə baxmayaraq, Rusiya İran ilə əməkdaşlığını davam etdirəcək

Tehran, 13 sentyabr AZƏRTAC

Vaşinqtonun təhdidlərinə baxmayaraq, Rusiya İran ilə əməkdaşlığını davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tehranda səfərdə olan Rusiyanın xarici işlər nazirinin müavini Seqey Ryabkov deyib.

Onun sözlərinə görə, iki dövlət arasında iqtisadi əməkdaşlıq davam edir və gələcəkdə ticarət əlaqələrinin də genişləndirilməsi planlaşdırılır.

Nazir müavini bildirib ki, İranın neft ixracına qadağalar tətbiq edilsə də, Rusiya bu sahədə də rəsmi Tehran ilə əməkdaşlıq edəcək. O diqqətə çatdırıb ki, İran regionda sülhün bərpa olunması istiqamətində fəaliyyətini davam etdirir.

Tehrana səfərinin məqsədi haqqında danışan S.Ryabkov qeyd edib ki, səfəri zamanı İran rəsmiləri ilə ABŞ-ın “Nüvə razılaşmasından” birtərəfli qaydada çıxmasını müzakirə edib və gələcəkdə atılacaq birgə addımlar barəsində fikir mübadiləsi aparılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.