İQTİSADİYYAT
Şərab ixracında yaranmış məsələ öz həllini tapdı
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan şərablarının Rusiya Federasiyasına ixracı ilə məşğul olan bəzi şirkətlərin çətinliklə üzləşməsi barədə müraciətlərinin yerində və operativ araşdırılması üçün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə nazirliyin və Dövlət Gömrük Komitəsinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Rusiyaya ezam olunub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin və Federal Gömrük Xidmətinin nümayəndələri ilə aparılmış müzakirələr nəticəsində texniki xarakterli məsələ tamamilə aradan qaldırılıb. İxracatçı şirkətlərin bu cür məsələlərlə gələcəkdə qarşılaşmaması üçün mütəmadi informasiya mübadiləsinin aparılması barədə razılıq əldə edilib.
Qeyd edək ki, özünəməxsus dadı və yüksək keyfiyyəti ilə seçilən Azərbaycan şərablarının ixrac coğrafiyası genişlənir. Şərablarımız dünyanın bir sıra ölkələrinə, o cümlədən Rusiya Federasiyasına ixrac olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]