İDMAN


Sərbəst güləş üzrə Azərbaycan millisinin dünya kubokundakı rəqibləri müəyyənləşib

Bakı, 14 fevral, AZƏRTAC

Aprelin 7-8-də ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək. Fevralın 14-də Dünya Güləş Birliyinin mənzil qərargahında yarışın püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, yığma komandamız Kuba, Qazaxıstan və Rusiya idmançıları ilə “B” qrupunda mübarizə aparacaq.

ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə “A” qrupunda yarışacaq.

Yığmamız aprelin 7-də Kuba və Qazaxıstan, aprelin 8-də isə Rusiya ilə qrup görüşlərində qarşılaşacaq.

Qeyd edək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz 3-cü yerdə başa vurublar. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə - 2004 və 2009-cu illərdə dünya kubokunun sahibi olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.