İDMAN


Sərbəst güləş üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Rusiyanın qadınlardan ibarət yığma komandasını çalışdıracaq

Bakı, 28 oktyabr, AZƏRTAC

Sərbəst güləş üzrə Azərbaycan yığmasının Dağıstandan olan sabiq baş məşqçisi Saypulla Absaidov Rusiyanın qadınlardan ibarət millisinə baş məşqçi təyin edilib.

AZƏRTAC “Sports.ru”ya istinadla bildirir ki, bu haqda məlumatı Rusiyanın İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili yayıb.

Xatırladaq ki, 63 yaşlı mütəxəssis 1980-ci ildə Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarının qalibi adını qazanıb. S.Absaidov 2009-2012-ci və 2015-2016-cı illərdə Azərbaycanın sərbəst güləş üzrə əsas yığmasına başçılıq edib. Dağıstanlı mütəxəssis, həmçinin iki il gənclərdən ibarət milli komandamızı çalışdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.