İDMAN


Sərbəst güləş üzrə Azərbaycan yığması Mahaçqalada təlim-məşq toplanışındadır

Bakı, 8 yanvar, AZƏRTAC

Sərbəst güləş üzrə Azərbaycan yığması yeni ilin hazırlıqlarına start verib. Millimizin ilk təlim-məşq toplanışını ölkə xaricində - Mahaçqalada təşkil olunub.

AZƏRTAC xəbər verir ki, komandamız baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi ilə hazırlıq keçirlər.

Yerli güləşçilərlə birgə baş tutan toplanış yanvarın 20-dək davam edəcək. Turnirlərə daha yaxşı hazırlaşmaq üçün təşkil olunan təlim-məşq toplanışı başa çatdıqdan sonra yığmamız bir sıra yarışlarda iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.