REGİONLAR


Sərbəst güləş üzrə “Heydər Əliyev Kuboku” uğrunda muxtar respublika turnirinə start verilib

Naxçıvan, 10 may, AZƏRTAC

Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən yarış keçirilir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2005-2007-ci il təvəllüdlü idmançıları əhatə edən turnirin mükafatçıları olimpiya sisteminə əsasən müəyyən ediləcək. Hazırda 10 çəki dərəcəsi üzrə 92 güləşçi medallar uğrunda mübarizə aparır.

Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Güləş Federasiyası tərəfindən birgə təşkil olunan yarış ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, böyüməkdə olan gənc nəsli vətənpərvərlik ruhunda formalaşdırmaq, idmançıların hazırlıq səviyyəsini yüksəltmək, perspektivliləri yığma komandaya cəlb etmək və kütləviliyə nail olmaq məqsədilə keçirilir.

Turnirin final görüşləri və mükafatlandırma mərasimi mayın 11-də olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.