REGİONLAR


Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvan, 5 fevral, AZƏRTAC

Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində 14-16 yaşlı yeniyetmə və gənclər arasında keçirilən sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov tədbirdə çıxış edərək yarışın qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib və onlara uğurlar arzulayıblar.

Sonra yarışlara start verilib.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı öz güclərini sınayıblar. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununda Nicat Ocaqquliyev, Bağır Bağırzadə, Samir Bağırzadə, Rəvan Novruzov, Uğur Məmmədov, Turqay Allahverdiyev, Kəramət Xudiyev, Heydər Nəcəfov, Ayxan İsmayılov, Ramazan Kərimov və Rəvan Bayramov öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək qalib adını qazanıblar.

Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.