REGİONLAR


Sərbəst güləş üzrə Xocavənd rayon birinciliyində 120 idmançı mübarizə aparıb

Beyləqan, 10 may, AZƏRTAC

Xocavənd 320 ailəlik qəsəbədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon birinciliyi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası rayon təşkilatı və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda Ağcabədi, Ağdam, Beyləqan, Xocavənd rayonlarından ümumilikdə 120 idmançı mübarizə aparıb. Yekun nəticəyə görə birinci yerə Xocavənd, ikinci yerə Beyləqan, üçüncü yerə Ağdam rayonunun komandaları layiq görülüb.

Qaliblər diplomla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.