İDMAN


Sərbəst güləş üzrə millimiz İtaliyada keçirilən U-17 dünya çempionatında tarixi uğura imza atıb

Bakı, 1 avqust, AZƏRTAC

Sərbəst güləş üzrə millimiz İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında tarixi uğura imza atıb.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, mundialda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 122 xalla komanda hesabında dünya üçüncüsü olub. ABŞ 190 xalla birinci, Hindistan isə 126 xalla ikinci yeri tutub.

Beləliklə, millimiz bu yaş qrupunda medalların əyarına görə son 8 ilin, medalların sayına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb. Toplanan 122 xal isə U-17 dünya çempionatları tarixində sərbəst güləş üzrə yığmamız üçün yeni rekorddur.

Xatırladaq ki, millimizin üzvlərindən Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) qızıl, Bəşir Verdiyev (45 kq) gümüş, Elman Ağayevlə (51 kq) Ağanəzər Novruzov (71 kq) isə bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.