İDMAN


Sərbəst güləş üzrə millimiz dünya çempionatında dördüncü olub VİDEO

Bakı, 19 avqust, AZƏRTAC

Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında sərbəst güləş üzrə yarışlar başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışa 9 idmançı ilə yollanan millimizin 5 üzvü fəxri kürsüyə qalxıb.

Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramov (74 kq) və Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıblar.

Böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında mundialda iştirak edən komandamız yekunda 122 xal toplayaraq dünyada dördüncü yeri tutub. İlk üçlükdə İran(178), Rusiya (142) və ABŞ (129) yer alıblar.

Qeyd edək ki, sərbəst güləş üzrə yığmamız medalların sayına görə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb. "Sərbəstlər" sonuncu dəfə 2016-cı ildə Fransanın Makon şəhərində keçirilən gənclərin dünya çempionatında 5 medal əldə etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.