İDMAN
Sərbəst güləş üzrə yığmamız dünya çempionatında dördüncü yeri tutub
Bakı, 24 sentyabr, AZƏRTAC
Slovakiyanın Trnava şəhərində başa çatan gənc güləşçilərin dünya çempionatında sərbəst güləş üzrə yığmaların sıralaması müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, millimiz 91 xal toplayaraq komanda hesabında 4-cü yeri tutub. Böyük məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında mundiala 10 güləşçi ilə yollanan yığmamız 4 medal qazanıb. Hacımurad Hacıyev (70 kq) qızıl, Abubakr Abakarov (74 kq) gümüş, Orxan Abasov (79 kq) və Asxab Həmzətov (92 kq) isə bürünc medal əldə ediblər.
Qeyd edək ki, çempionatda Rusiya (182) birinci, ABŞ (115) ikinci, İran (98) isə üçüncü yeri tutublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]
Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər
- 19.04.2024 [12:07]
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
- 19.04.2024 [11:30]