İDMAN
Sərbəst güləşçilərimiz Avropa Olimpiya təsnifat turnirinə hazırlığı davam etdirirlər
Bakı, 24 fevral, AZƏRTAC
Xəbər verdiyimiz kimi, sərbəst güləş üzrə yığmamız Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışı keçir.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına (AGF) istinadla xəbər verir ki, Romada keçirilən Avropa çempionatından dərhal sonra qonşu ölkədə hazırlıq prosesinə start verən yığmamızın heyətində Olimpiya çəkilərində çıxış edən güləşçilər yer alıb. AGF-nin sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov, baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında keçirilən toplanış fevralın 29-dək davam edəcək.
Özbəkistan və Türkiyə komandalarının da iştirak etdiyi hazırlıq prosesinin keçirilməsində əsas məqsəd fiziki hazırlığın yüksəldilməsidir.
Qeyd edək ki, toplanış martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]