İDMAN


Sərbəst güləşçilərimiz dünya çempionatına hazırlığı davam etdirirlər

Bakı, 18 sentyabr, AZƏRTAC

Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, mundialda iştirak edəcək sərbəst güləş üzrə yığmamız məsul yarışa Bakıda hazırlaşır.

Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan təlim-məşq toplanışı sentyabrın 30-dək davam edəcək. Məşqlər Olimpiya Güləş Mərkəzində keçirilir.

Qeyd edək ki, millimiz Osloya sentyabrın 30-da yollanacaq. Oktyabrın 1-də sərbəst güləş üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün 61, 74, 86 və 125 kiloqram çəki dərəcələrində yarışa start veriləcək. Oktyabrın 3-də 57, 65, 79 və 92, ayın 4-də isə 70 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Sərbəst güləş üzrə yarışa oktyabrın 5-də yekun vurulacaq.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.